Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarının həcmi 50,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 42,4 milyon ABŞ dolları və ya 6,4 dəfə çoxdur.
Hesabat dövründə Serbiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,42%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Serbiyaya 46,5 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 milyon ABŞ dolları və ya 10 dəfə çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Serbiyadan Azərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 500 min ABŞ dolları və ya 15,6% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq, 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq, 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq, 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.