Bakı. Trend:
PKK özü özünü ləğv edib.
Trend xəbər verir ki, bu haqda Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) buraxıldığını və Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan edib.
Məlumata əsasən, belə bir qərar partiyanın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında qəbul olunub.
Qurultayın yekun bəyannaməsində qeyd olunur ki, qurultay PKK-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq, PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulmasını qət edib.