Bakı. Trend:
Qazaxıstan əhalisinin ümumi sayı 20 316 155 nəfərə çatıb.
Trend Qazaxıstanın Milli Statistika Bürosunun mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə ən çoxsaylı millətlərin nümayəndələri bunlardır; qazaxlar (14 milyon 456 min 709 nəfər), ruslar (2 milyon 963 min 938 nəfər), özbəklər, ukraynalılar, uyğurlar, almanlar və tatarlar.
Rəsmi məlumatlara görə, Qazaxıstanda hazırda 155 364 azərbaycanlı yaşayır ki, bu da onları respublikada sayca səkkizinci böyük millət edir.