...

Ağdamda güclü külək, yağış və dolu tikililərin dam örtüyünü qoparıb, texnikalara ciddi ziyan vurub (FOTO)

Hadisə Materials 12 May 2025 12:49 (UTC +04:00)
Ağdamda güclü külək, yağış və dolu tikililərin dam örtüyünü qoparıb, texnikalara ciddi ziyan vurub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ötən gün ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra təsərrüfatlara ciddi ziyan vurub.

Trend-in yerli bürosu xəbər verir ki, rayonun Ergi Düzü adlanan ərazidə baş vermiş qasırğa və dolu yağışı tikililərə, minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyan vurub.

Belə ki, yüzlərlə hektar dənli bitki və tərəvəz, eləcə də, bostan sahələrinə də ciddi ziyan dəyib.

Ziyan çəkən təsərrüfat və texnikanın Murad Rüstəmova məxsus olduğu bildirilir.

Qeyd edək ki, sözügedən ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıb. Burada, həmçinin, elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti