Bakı. Trend:
Milli Məclisdə Azərbaycanın Qlobal Cənubun yüksəlişində rolundan bəhs edən müzakirə keçiriləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-də keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Belə ki, komitədə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirə baş tutacaq.