...

Azərbaycan Belarusdan kərə yağı idxalına çəkdiyi xərci 55%-ə yaxın artırıb

İqtisadiyyat Materials 12 May 2025 15:51 (UTC +04:00)
Azərbaycan Belarusdan kərə yağı idxalına çəkdiyi xərci 55%-ə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 233 kiloqram miqdarında, 1,7 milyon ABŞ dolları dəyərində kərə yağı idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Belarusdan kərə yağı alışı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 42 ton və ya 22%, dəyər ifadəsi ilə 625 min ABŞ dolları, yaxud da 54,5% çoxalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Belarus Azərbaycana 191 ton miqdarında, 1,1 milyon ABŞ dolları dəyərində kərə yağı satmışdı.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 2,9 min ton miqdarında, 15,4 milyon ABŞ dolları dəyərində kərə yağı idxal edilib. Bu məhsul əsasən İran, Yeni Zellandiya və Belarusdan alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti