...

Tərtərə dolu düşüb (VİDEO)

Cəmiyyət Materials 11 May 2025 22:19 (UTC +04:00)
Tərtərə dolu düşüb (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə dolu kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, rayonun Kəbirli, Xoruzlu və Bayandur kəndinə düşən dolu kəndlilərə məxsus günəbaxan, dənli bitkilər, yem bitkiləri tarlasına və meyvə bağlarına ziyan vurub.

Hələ ki, dəymiş ziyanın miqdarı ilə bağlı dəqiq məlumat yoxdur.

Bundan başqa oxşar hal Bərdə rayonunda baş verib. Xüsusilə rayonun Cicimli kəndində fərdi əkin təsərrüfatına ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti