Bakı. Trend:
İran hökuməti nüvə proqramı ilə bağlı ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə danışıqları davam etdirir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada, ABŞ ilə növbəti – dördüncü danışıqlar raundu öncəsi açıqlama verib.
“Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – deyə nazir bildirib.
Əraqçi qeyd edib ki, İran nüvə silahı əldə etməyə çalışmır, lakin xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan da geri çəkilməyəcək.
Xatırladaq ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən sonra Dohaya gəlib. Mayın 11-də isə Oman Sultanlığında İran və ABŞ arasında nüvə məsələsi üzrə dolayı danışıqların dördüncü raundunun keçirilməsi planlaşdırılır.