...

İspaniyada sənaye yanğını xlor qazı sızmasına səbəb oldu

Dünya xəbərləri Materials 11 May 2025 00:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Barselona bölgəsində yerləşən Vilanova-i-la-Jeltru qəsəbəsində şənbə günü sənaye obyektində baş verən yanğın nəticəsində havaya zəhərli xlor qazı yayılıb.

Trend-in AFP-yə istinadla verdiyi məlumata görə, hadisədən sonra 160,000-dən çox sakinə evlərini tərk etməmək tövsiyə olunub.

Regional yanğınsöndürmə xidməti bildirib ki, yanğın hovuz təmizləyici maddələrin saxlandığı binada baş verib. Mülki müdafiə xidməti sosial şəbəkə vasitəsilə əhalini xəbərdar edib:

“Əgər zərərçəkən ərazidəsinizsə, evinizi və ya iş yerinizi tərk etməyin”.

Risk zonası Vilanova-i-la-Jeltrudan başlayaraq Tarraqona yaxınlığındakı Kalafell kəndinədək beş bələdiyyəni əhatə edir.

Hadisə nəticəsində tələfat qeydə alınmayıb, lakin xüsusi texnika hadisə yerinə cəlb olunub və yanğın nəzarət altına alınıb. Yanğınsöndürmə xidməti havaya yayılan qaz buludunun toksiklik səviyyəsini izləməyə davam edir.

Sənaye mülkiyyətinin sahibi Xorxe Vinuales Alonso yerli RAC1 radiosuna bildirib ki,

“Xlorun alışması çox çətindir, lakin alışdıqdan sonra onu söndürmək də olduqca çətindir”.
Onun sözlərinə görə, yanğının litium batareyadan qaynaqlandığı ehtimal olunur.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət izlənilir.

Xəbər lenti

Xəbər lenti