Bakı. Trend:
Pakistan və Hindistan arasında atəşkəs razılaşmasının əldə olunmasından məmnunluq duyuruq.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Ankara tərəfləri bu fürsətdən maksimum istifadə edərək birbaşa və sağlam dialoq qurmağa çağırır.
Bildirilib ki, Cənubi Asiyada davamlı sabitliyin təmin olunması üçün, xüsusilə terrorizmlə mübarizə də daxil olmaqla, bənzər gərginliklərin qarşısını alacaq dialoq mexanizmlərinin qurulması zəruridir.
Türkiyə XİN həmçinin, başda ABŞ olmaqla, atəşkəsin əldə olunmasına töhfə verən bütün ölkələrə təşəkkür edib.