Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində metrobusun dayanacaqda digər metrobusa çırpılması nəticəsində baş vermiş qəza ilə bağlı yaralananların sayı 48 nəfərə çatıb.
Trend-in TRT Haber-ə istinadla verdiyi məlumata görə, qəzada 1 nəfər ölüb, xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.
XXX
22:42
İstanbulda baş verən iki avtobusun toqquşması nəticəsində təxminən 40 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə İstanbul valisi Davud Gül açıqlama verib.
Hadisə nəticəsində 37 yaşlı bir qadının həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəza metrobüs xəttinin fəaliyyətinə ciddi təsir göstərib – nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, daha sonra isə yalnız bir zolaqda hərəkət bərpa olunub.
Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
