...

Vladimir Putin Ukraynaya birbaşa danışıqları bərpa etməyi təklif edib

Dünya xəbərləri Materials 11 May 2025 02:55 (UTC +04:00)
Vladimir Putin Ukraynaya birbaşa danışıqları bərpa etməyi təklif edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə bir görüş mayın 15-də İstanbulda keçirilə bilər.

“Məlum olduğu kimi, türk həmkarları bu cür danışıqların təşkili üçün dəfələrlə öz xidmətlərini təklif ediblər, Prezident Ərdoğan isə onların təşkili üçün çox iş görüb.

Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlansa da, Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb.

Sabah Türkiyə prezidenti ilə danışığım olacaq. Mən ondan xahiş edərdim ki, danışıqlar aparmaq üçün belə bir imkan yaratsın. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək”, - Putin bildirib.

Xəbər lenti

Xəbər lenti