...

Yannik Sinner dopinq diskvalifikasiyasından sonra korta qələbə ilə döndü

İdman Materials 11 May 2025 00:07 (UTC +04:00)
Yannik Sinner dopinq diskvalifikasiyasından sonra korta qələbə ilə döndü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyalı tennisçi Yannik Sinner, Romada keçirilən ATP "Masters" turnirinin ikinci turunda argentinalı Mariano Navoneni məğlub edərək uğurlu geri dönüş edib.

Trend xəbər verir ki, dopinqə görə diskvalifikasiyadan sonra bu, Sinnerin ilk rəsmi görüşü olub. Oyun 6:3, 6:4 hesabı ilə dünya reytinqinin birincisi Sinnerin xeyrinə başa çatıb.

23 yaşlı Sinner növbəti mərhələdə hollandiyalı Yesper de Yonq ilə qarşılaşacaq. İtaliyalı tennisçi 2024-cü ilin iyun ayından etibarən ATP reytinqinə başçılıq edir. O, bu vaxta qədər ATP-nin təşkil etdiyi 19 turnirin qalibi, eləcə də üçqat “Böyük Dəbilqə” çempionudur: Avstraliya Açıq (2024, 2025) və ABŞ Açıq (2024). 2023-cü ildə isə İtaliya yığması ilə birlikdə Devis Kubokunu qazanıb.

24 yaşlı Navone hazırda ATP reytinqində 99-cu pillədə qərarlaşıb və bu günə qədər ATP turnirlərində qələbə qazana bilməyib. O, həmçinin heç bir “Böyük Dəbilqə” turnirinin ikinci raundunu keçməyib.

Roma turniri nüfuzuna görə yalnız “Böyük Dəbilqə” və ATP Finallarından geri qalır və tennis dünyasının ən mühüm yarışlarından biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti