...

Misli Premyer Liqasında XXXIV turun oyunları davam edir

İdman Materials 10 May 2025 21:28 (UTC +04:00)
Misli Premyer Liqasında XXXIV turun oyunları davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXXIV turu çərçivəsində bu gün iki qarşılaşma baş tutub.

Trend xəbər verir ki, günə Bakı derbisi ilə start verilib.

“Səbail” klubu “Zirə”ni evdə qəbul edib. Görüş dramatik sonluqla yadda qalıb – qonaqların son dəqiqələrdə vurduğu qolla "Səbail" məğlub olub və bununla da Premyer Liqanı tərk edən ilk komanda kimi qeydə alınıb. Paytaxt təmsilçisi növbəti mövsümdən I Liqada çıxış edəcək.

Günün ikinci oyunu Tovuzda baş tutub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” klubu “Neftçi”ni qəbul edib. Qərb təmsilçisi bürünc medal ümidlərini qorumaq üçün qalib gəlməli olsa da, "ağ-qaralar" səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti