...

Türkiyənin Çanaqqala şəhərində ağır zəncirvari qəza baş verib

Dünya xəbərləri Materials 10 May 2025 18:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Çanaqqala şəhərində dəhşətli zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata görə, "Truva Turizm" şirkətinə məxsus sərnişin avtobusu odun daşıyan yük maşını və minik avtomobili ilə toqquşub.

İlkin məlumata əsasən, qəza Çanaqqala-Ezine şosesində, yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti