...

İrəvanda “Toyota” markalı avtomobildə partlayış baş verib

Dünya xəbərləri Materials 11 May 2025 02:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda “Toyota” markalı avtomobildə partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Mayın 10-da saat 21:08-də Popov küçəsində avtomobildən partlayış səsi eşidilib. Hadisə nəticəsində yanacaq sızması qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsindən bir nəfər xilasedici cəlb edilib. Xilasedicilər gələnədək bir nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib.

Əraziyə gələn müvafiq xidmətlər yanacaq sızmasının qarşısını alıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti