...

Kim Mun Sunun namizədliyi bərpa olundu

Dünya xəbərləri Materials 10 May 2025 22:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada Mühafizəkar Vətəndaş Gücü Partiyası keçmiş əmək naziri Kim Mun Sunu prezidentliyə namizəd kimi rəsmi şəkildə bərpa edib.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, partiya rəhbərliyinin praymerizlərin nəticələrini ləğv edərək namizədliyi keçmiş baş nazir Han Dok Su ilə əvəz etmək təşəbbüsü partiyadaxili səsvermədə az səs fərqi ilə rədd olunub.

Beləliklə, Kim Mun Su “Vətəndaş Gücü”nün rəsmi prezidentliyə namizədi olaraq seçki kampaniyasını bərpa edib. Partiya praymeriz və namizəd yenidən qeydiyyatı ilə bağlı prosedurları ləğv etdiyini də elan edib. Yenidən qeydiyyat üçün Han Dok Su müraciət edən yeganə şəxs olsa da, proses nəticəsiz qalıb.

Kim Mun Su seçki kampaniyasına dərhal start verdiyini açıqlayıb, Han Dok Su isə səsvermənin nəticələrini qəbul etdiyini və rəqibinə uğurlar arzuladığını bildirib.

Cənubi Koreya prezident seçkiləri iyunun 3-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti