Bakı. Trend:
Yeni seçilən Roma Papası XIV Leo süni intellekti insanlığın üzləşdiyi ən mühüm problemlərdən biri kimi qiymətləndirib.
Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Papa çıxışı zamanı sələfi Fransiskin əsas prioritetlərini davam etdirəcəyini bəyan edib. Onun sözlərinə görə, Fransiskin irsi müasir dünyanın müxtəlif komponentləri və reallıqları ilə cəsarətli və etimadlı dialoq qurmaqdan ibarət olub.
Xatırladaq ki, cümə axşamı konklavın dördüncü səsvermə turunda yeni Roma Papası seçilib. ABŞ kardinalı Robert Fransis Prevo bu vəzifəyə yiyələnərək XIV Leo adını qəbul edib.