Bakı. Trend:
İspaniya La Liqasında 35-ci turun oyunları davam edir.
Trend xəbər verir ki, bu gün keçirilən matçlarda “Valensiya” doğma meydanda “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib.
Günün digər qarşılaşmasında “Atletiko Madrid” paytaxtda “Real Sosyedad”a 4:0 hesabı ilə qalib gəlib. Matçın qəhrəmanı isə Sörlot olub – o, cəmi 30 dəqiqə ərzində poker (4 qol) edərək La Liqada nadir rast gəlinən uğura imza atıb.
16:00. "Valensiya" - "Xetafe" 3:0
18:15. "Selta" - "Sevilya" - 3:2
20:30. "Jirona" - "Vilyarreal" - 0:1
20:30. "Mayorka" - "Valyadolid" - 2:1
23:00. "Atletiko" - "Real Sosyedad" - 4:0