...

Markus Reşford hələ də "Barselona"nın transfer siyahısındadır

İdman Materials 11 May 2025 04:55 (UTC +04:00)
Markus Reşford hələ də "Barselona"nın transfer siyahısındadır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın nəhəng futbol klubu "Barselona", İngiltərəli hücumçu Markus Reşfordu transfer hədəfləri arasında saxlamaqda davam edir.

Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, klub hələ də “Mançester Yunayted”in futbolçusu, hazırda isə icarə əsasında “Aston Villa”da çıxış edən Reşfordun yay transfer dövründə əlçatan olacağını düşünür.

“Barselona” rəhbərliyi 27 yaşlı futbolçunun həm mərkəzdə, həm də cinahlarda hücumda oynamaq bacarığını yüksək qiymətləndirir.

Qeyd edək ki, Markus Reşford bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 6 qolla yadda qalıb.

Xəbər lenti

Xəbər lenti