...

Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq

İdman Materials 11 May 2025 08:20 (UTC +04:00)
Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXXIV tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.

Trend xəbər verir ki, əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

"Sumqayıt" hazırda 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 29 xalı var.

Turun son matçında "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. "Qarabağ" turnir cədvəlində 80 xalla birinci yerdədir. Üçüncü olan "Araz-Naxçıvan"ın isə 55 xalı var.

Xəbər lenti

Xəbər lenti