...

Kəngərli kəndindəki körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb (FOTO)

Cəmiyyət Materials 11 May 2025 13:12 (UTC +04:00)
Kəngərli kəndindəki körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən belə müəssisələrdən biri də Prezident İlham Əliyevin iştirakı ilə ötən gün açılışı olan Ağdam rayon Kəngərli kənd körpələr evi-uşaq bağçasıdır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Trend-in bölgə müxbirinə müsahibəsində bildirib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti