Bakı. Trend:
Yaponiya polisi minlərlə qorunan hermit xərçəngini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdikdən sonra üç Çin vətəndaşını həbs edib.
Trend-in məlumatına görə, bu barədə "Kyodo News" agentliyi polisə istinadən xəbər verib.
Məlumata əsasən, hadisə Okinava yaxınlığında, Sakit okeanda Amami adalarında baş verib. Üç kişi 24 yaşlı Lyao Çjibin, 26 yaşlı Sun Çjenyao və 27 yaşlı Qo Tsyavey 160 kiloqram diri xərçəngkimiləri çamadanlara yığaraq, qaldıqları otelin anbarına gətiriblər.
Lakin otel işçisi çamadanlardan xışıltı səsləri eşidib və ətraf mühitin mühafizə orqanlarına məlumat verib. Polis minlərlə hermit xərçəngi olan altı çamadan tapıb.