Bakı. Trend:
İranın nüvə proqramı üzrə İran və ABŞ arasında dolayı müzakirələrin 4-cü raundu Oman Krallığının Məsqət şəhərində başlayıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumat görə, nüvə danışıqlarında İranın nümayəndə heyətinə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkof başçılıq edir.
Danışıqlar Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə həyata keçrilir.
Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.