Bakı. Trend:
"Zabux" və "Qarıqışlaq” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, faliyyətə başladığı dövrdən bu ilin 1 may tarixinədək “Zabuz” KSES-də 11,6 milyon kilovat/saat, “Qarıqışlaq” KSES-də isə 9,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
2024-cü ilin 10 may tarixində Laçın rayonunda Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları (KSES-lər) istismara verilib.
“Zabux” KSES ümumi gücü 2,8 MVt olmaqla, hər biri 0,7 MVt gücündə olan 4 hidroaqreqatdan, “Qarıqışlaq” KSES isə ümumi gücü 4 MVt olmaqla 1 hidroaqreqatdan ibarətdir.
Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.