...

Zərdabda kommunikasiya naqilləri oğurlayanlar saxlanılıblar

Hadisə Materials 12 May 2025 09:55 (UTC +04:00)
Zərdabda kommunikasiya naqilləri oğurlayanlar saxlanılıblar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12000 manat dəyərində 2720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti