...

Çində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 12 May 2025 12:03 (UTC +04:00)
Çində güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin qərbində yerləşən Tibet muxtar rayonunda güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ 5.6 bal gücündə qeydə alınıb, episentri Şiqadze şəhərindən 133 kilometr cənub-qərbdə olub. Seysmoloji hadisənin yeraltı ocağı isə təxminən 12 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti