Bakı. Trend:
Fransada qonaqların Kann beynəlxalq kinofestivalına “çılpaq” geyimlərdə qatılması şifahi olaraq qadağan edilib.
Trend xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır.
Qeyd olunur ki, son illərdə ulduzlar adıçəkilən tədbirdə daha açıq-saçıq geyimlər nümayiş etdirməyə başlayıblar və bu da artan diqqətə səbəb olub.
Sabah (13 may) başlayacaq kinofestivalın təşkilatçıları bununla əlaqədar olaraq geyim qaydalarına dair yeni tələblər tətbiq etməyə məcbur qaldıqlarını bildiriblər.
“Əxlaqi normalar baxımından, həm qırmızı xalça üzərində, həm də festivalın digər zonalarında çılpaqlığa icazə verilmir. Qonaqları qarşılayan heyət qaydalara əməl etməyən şəxslərin qırmızı xalçaya buraxılmasına qadağa qoymalıdır”, – deyə bəyanatda vurğulanır.