...

Vaqif Cavadov “Sumqayıt”dan getdi

İdman Materials 12 May 2025 15:15 (UTC +04:00)
Vaqif Cavadov “Sumqayıt”dan getdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Sumqayıt” Futbol Klubu baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Trend xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, V.Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edilib ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti