...

Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

Hadisə Materials 12 May 2025 09:36 (UTC +04:00)
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti