Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6,923 milyon manata yaxın vergi daxil olub.
Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4% artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 4,948 milyard manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4% çox olub.
Ödənilən vergilərin 71,5%-i qeyri-neft-qaz sektorunun, 28,5%-i isə neft-qaz sektorunun payına düşüb.