...

Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 12 May 2025 13:38 (UTC +04:00)
Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman ilə Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli görüş keçirdik.

Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də, Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti