...

“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 12 May 2025 12:56 (UTC +04:00)
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının məhkəmə prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin olunub.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti