Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio mayın 11-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
"Dövlət katibi Marko Rubio prezident Trampı mayın 11-14-də Səudiyyə Ərəbistanı və Qətərə müşayiət edəcək və burada prezident ABŞ və Körfəz tərəfdaşları arasında əlaqələri gücləndirməyə çalışacaq", - deyə bildirilib.
"Daha sonra, mayın 14-16-da dövlət katibi Rubio Türkiyənin Antalya şəhərinə səfər edəcək və NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə alyansın təhlükəsizlik prioritetlərini, o cümlədən müdafiə investisiyalarının artırılması və Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmasını müzakirə edəcək", - deyə qeyd olunub.