...

Urmiya gölünün bərpası istiqamətində Araz çayının suyundan istifadə diqqət mərkəzindədir –İranın birinci vitse-prezidenti

Dünya xəbərləri Materials 12 May 2025 13:49 (UTC +04:00)
Urmiya gölünün bərpası istiqamətində Araz çayının suyundan istifadə diqqət mərkəzindədir –İranın birinci vitse-prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda Urmiya gölünün bərpası üzrə layihələr çərçivəsində Araz çayı və filtrasiya olunan tullantı sularından istifadə olunması diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün Təbrizdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə su təchizatı prioritet təşkil edən məsələlərdən biridir. Araz çayı vasitəsilə Təbriz və ətraf rayonların suyunun təmin olunması istiqamətində işlər görülür.

Arif deyib ki, Araz çayının Mərənd, Şəbistər və Təbrizə nəql olunması üzrə layihə gələn 3 il ərzində başa çatdırılacaq.

Qeyd edək ki, Araz çayından suyun İranın Şərqi Azərbaycan vilayətində Mərənd, Şəbistər və Təbriz rayonlarına nəql olunması üzrə 105 km uzunluğunda boru xətti çəkilir. Bu boru xətti istismara verildiyi halda 22 şəhər, 169 kənd su ilə təchiz olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti