Bakı. Trend:
İran və ABŞ arasında Tehranın Omandakı nüvə proqramı ilə bağlı son dolayı danışıqlar çətin, lakin tərəflərin mövqelərini başa düşmək üçün faydalı oldu.
Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai "X" sosial şəbəkəsində bildirib.
"İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu başa çatıb. Danışıqlar bir-birinin mövqelərini daha yaxşı başa düşmək və fikir ayrılıqlarını həll etmək üçün ağlabatan və real yollar tapmaq üçün mürəkkəb, lakin faydalı oldu", - deyə o yazıb.
Bəqai qeyd edib ki, Oman tərəfi məsləhətləşmələrin növbəti raundunu əlaqələndirəcək və onun keçirilməsini elan edəcək.