...

Goranboyda minik avtomobili ağaca çırpılıb - Xəsarət alan var

Hadisə Materials 11 May 2025 20:33 (UTC +04:00)
Goranboyda minik avtomobili ağaca çırpılıb - Xəsarət alan var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Goranboy rayonunun Zeyvə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Lexus” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti