Bakı. Trend:
"Volvo Cars" şirkəti 450 000 avtomobili geri çağırmaq qərarına gəlib.
Trend-in Carscoops.com nəşrinə istinadla verdiyi məlumata görə, bu qərar 2021–2025-ci illər arasında istehsal olunan 10 fərqli modelə şamil olunur.
Geri çağırılan modellər bunlardır: Volvo C40, S60, S90, V60, V60 Cross Country, V90, V90 Cross Country, XC40, XC60 və XC90.
Şirkət tərəfindən bildirilib ki, bəzi hallarda sürücülər avtomobili geri ötürücüyə saldıqda, arxa görüntü ekranında əks olunmur və bunun əvəzinə “Kamera müvəqqəti olaraq əlçatmazdır” xətası çıxır. Bu nasazlıq təhlükəsizlik baxımından ciddi risk daşıdığından, istehsalçı həmin avtomobilləri təmir üçün təcili geri çağırır.
Avtomobil sahiblərinə rəsmi "Volvo" diler mərkəzinə müraciət edərək problemi aradan qaldırmaları tövsiyə olunur.