Bakı. Trend:
Şri-Lankanın mərkəzində sərnişinləri daşıyan avtobusun dərəyə aşması nəticəsində 21 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.
"Nuwara Eliya-Qampola əsas yolunda avtobus yoldan çıxıb və dərəyə düşüb", - deyə qeyd olunub. Qəzada ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Dövlətə nəqliyyat şirkətinə məxsus avtobusun Kataraqama ziyarətgahından Kuruneqala şəhərinə gedən 75 sərnişini daşıdığı bildirilib.