Bakı. Trend:
Futbol üzrə İspaniya La Liqasında XXXV turun mərkəzi oyunu keçirilib.
Trend-in məlumatına görə, əzəli rəqiblər – “Barselona” və “Real Madrid” prinsipial görüşdə üz-üzə gəliblər. Olimpiya Stadionunda təşkil olunan qarşılaşma Kataloniya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Barselona" 82 xalla turnir cədvəlinə başçılıq edir. “Kral klubu” isə 75 xalla 2-ci pillədə qərarlaşıb.