...

Almaniya Sol Partiyası kapitalizmə qarşı mübarizəni və silahlanmaya etirazı prioritet elan edib

Dünya xəbərləri Materials 11 May 2025 06:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Sol Partiyasının Xemnits şəhərində keçirilən qurultayı başa çatıb.

Trend-in Kazinform agentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edən toplantıda partiya ölkənin silahlanma proqramına qarşı çıxıb, İsrailin siyasətini tənqid edib və kapitalizmə qarşı qəti mövqe ortaya qoyub.

Təxminən 530 nümayəndənin qatıldığı qurultayda qəbul edilən qətnamədə Sol Partiya yenidən silahlanmaya, sosial ixtisarlara, iqlim pozuntularına və sağa meylli siyasi trendlərə qarşı mübarizədə mərkəzi rol oynamaq niyyətini bildirib. Sənəddə xüsusilə vurğulanıb: “Biz varlıların daha da varlanmasına, milyardlarla avronun silahlara yönəldilməsinə qarşı çıxırıq.”

Qurultay iştirakçıları Almaniyanın yeni hökumətini sosial dövlətin zəiflədilməsi və avtoritar iqtisadi modellərə meyl etməkdə ittiham ediblər. Onların fikrincə, yeni kabinet silahlanma naminə ölkəni daha da silahlandırmağa davam edəcək.

Partiyanın yeni seçilmiş 37 yaşlı lideri Haidi Rayxinnek çıxışında Sol Partiyanın sosialist bir təşkilat olaraq inkişaf edəcəyini və kapitalizmə qalib gəlmək üçün bütün gücü ilə çalışacağını bəyan edib. O, həmçinin Şərqi Almaniyada güclənən sağ populist “Almaniya üçün Alternativ” partiyasına qarşı əsas mübarizə aparacaqlarını da vurğulayıb.

Qurultay Sol Partiyanın gələcək siyasi kursunu daha radikal və anti-kapitalist istiqamətə yönəltməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti