...

Bakıda bu küçənin təmiri yekunlaşmaq üzrədir (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 May 2025 09:29 (UTC +04:00)
Bakıda bu küçənin təmiri yekunlaşmaq üzrədir (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki. küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metrdir.

"Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti