...

Çempionlar Liqasındakı "Qarabağ"ın daha bir mümkün rəqibi FCSB oldu

İdman Materials 11 May 2025 09:00 (UTC +04:00)
Çempionlar Liqasındakı "Qarabağ"ın daha bir mümkün rəqibi FCSB oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ”ın daha bir mümkün rəqibi müəyyənləşib.

Trend-in məlumatına görə, Rumıniyanın FCSB klubu ölkə çempionluğunu rəsmiləşdirib.

FCSB-nin rəqibləri “Universitatya Krayova” və “ÇFR” klublarının heç-heçə etməsi nəticəsində paytaxt təmsilçisi vaxtından əvvəl çempionluğunu elan edib. Bu, FCSB-nin ardıcıl ikinci, ümumilikdə isə 28-ci Rumıniya çempionluğu olub.

Qeyd edək ki, “Qarabağ” və FCSB bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşıb. Bakıdakı görüşdə Rumıniya klubu 3:2 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti