Bakı. Trend:
"Google" şirkəti Texas ştatına istifadəçi məlumatlarının məxfilik qaydalarının pozulması iddialarının həlli çərçivəsində 1,375 milyard dollar cərimə ödəməyə razılıq verib.
Trend xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
2022-ci ildə Texas Baş Prokurorluğu "Google"a qarşı istifadəçilərin şəxsi məlumatlarının qanunsuz şəkildə izlənilməsi və toplanması ittihamı ilə iki iddia qaldırıb.
1,375 milyard dollar məbləğində cərimə "Google"un ABŞ-nin fərdi ştatına məxfilik pozuntuları ilə bağlı ödədiyi ən böyük məbləğdir. Əvvəlki rekord isə 93 milyon dollar təşkil edib.