Bakı. Trend:
Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.
Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-də keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin komitənin iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilməsi gözlənilir.