Bakı. Trend:
Qəzza sektorunda atəşkəsin müvəqqəti dayandırılması barədə razılaşma ABŞ və HƏMAS nümayəndələri arasında Qətərdə aparılan danışıqlar nəticəsində yaxın vaxtlarda əldə oluna bilər.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin yerli qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ prezidentinin girov məsələləri üzrə xüsusi nümayəndəsi Adam Bolerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti bazar günü Dohada HƏMAS nümayəndələri ilə görüş keçirib və həmin görüşdə “razılaşma istiqamətində əhəmiyyətli irəliləyiş” əldə olunub.
Onların sözlərinə görə, razılaşmanın əldə edilməsi barədə “günün sonunadək və ya bir neçə saat ərzində” elan oluna bilər.