...

Avropa İttifaqı bu ölkəyə 900 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 12 May 2025 16:25 (UTC +04:00)
Avropa İttifaqı bu ölkəyə 900 milyon avro ayıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukrayna üçün silah-sursat və mərmilərin alınmasına 900 milyon avro ayıracaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasəti xidmətinin baş katibinin müavini Şarl Fris Avropa İttifaqı Ukrayna hərbi əməkdaşlığı üzrə beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

O qeyd edib ki, Avropa Komissiyası artıq Ukraynanın müdafiə-sənaye kompleksi (MSK) sahəsində Avropa investisiyalarına dair ilk müqavilələri imzalayıb və ümumilikdə bu sahəyə bir milyard avro investisiya qoyulması planlaşdırılır.

Frisin sözlərinə görə, indiyədək Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına dəstək üçün 3,3 milyard avro ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti