Bakı. Trend:
Qohumunun evində kirayə yaşayan şəxsin pulunu oğurlayan qadın saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Yardımlı şəhəri ərazisindəki evlərdən birində kirayə yaşayan qadın naməlum şəraitdə həmin evdən 5 min manat pulunun oğulanması barədə polisə müraciət edib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qohumu 48 yaşlı E. Miranova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.