...

Azərbaycanda əhəng xammalı yatağı satışa çıxarılır (FOTO)

İqtisadiyyat Materials 12 May 2025 16:33 (UTC +04:00)
Azərbaycanda əhəng xammalı yatağı satışa çıxarılır (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda əhəng xammalı yatağı satışa çıxarılır.

Trend-in məlumatına görə, söhbət “Çalxanqala IV” əhəng xammalı yatağından gedir.

Belə ki, 2,2 hektar ərazini əhatə edən və 943 500 kubmetr həcmində olan yatağın istismar müddəti 10 il nəzərdə tutulub.

Hərracın başlanğıc qiyməti 94 350 manat, 10% beh məbləği isə 9 435 manat təşkil edir.

Məlumata görə, hərrac auksion formasında 27 iyun 2025-ci il tarixində saat 11:00-da Heydər Əliyev prospekti 6, (“Hərracların Təşkili Mərkəzi” PHŞ-nin inzibati binası) keçiriləcək.

Hərracda iştirak haqqı 1 080 manat müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti