...

Avtomobildən təkər və yanacaq oğurlayanlar ələ keçdi

Hadisə Materials 12 May 2025 14:25 (UTC +04:00)
Avtomobildən təkər və yanacaq oğurlayanlar ələ keçdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti